Səudiyyə Ərəbistanı və Türkiyədən çağırılar, amma…
“İnter”in hücumçusu Aleksis Sançes Səudiyyə Ərəbistanı, Türkiyə və Braziliya klublarından dəvət alıb, lakin çilili futbolçu yanvarda Milan komandasını tərk etmək fikrində deyil.
Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Şira “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Mənbənin sözlərinə görə, “neradzurri” Sançesin 2024-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmaq istəmir. Çox güman ki, Aleksis 6 ay sonra “İnter”dən azad agent kimi ayrılacaq. Xatırladaq ki, dekabrın sonunda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun 35 yaşlı Sançesə maraq göstərdiyi xəbəri yayılmışdı.
Bu mövsüm çilili bütün turnirlərdə 12 matçda iştirak edib və iki qol vurub. Transfermarkt internet portalı hücumçunun bazar dəyərini 2,5 milyon avro olaraq qiymətləndirir.
Avropada Aleksis həmçinin “Udineze”, “Arsenal”, “Barselona”, “Mançester Yunayted” və “Marsel”də də çıxış edib.
Aut.az
