İspaniyaİtaliya

Ramos İtaliya nəhəngində?

Dizindəki zədə səbəbindən mövsümün sonuna qədər müdafiəçi Qleison Bremeri itirən “Yuventus” braziliyalıya əvəzləyici tapmaq niyyətindədir.

Aut.az xəbər verir ki, “Tuttosport”un məlumatına görə, Turin klubu “Real”ın sabiq müdafiəçisi Serxio Ramosu transfer etməyi düşünür. 38 yaşlı veteran indi azad agent statusundadır.

Ramosun karyerasında sonuncu klubu 2024-cü ilin yayında müqaviləsinin başa çatması ilə əlaqədar tərk etdiyi “Sevilya” olub.

Aut.az