İtaliya

Əfsanənin 16 yaşlı oğlu “Yuve”nin əsas komandasına qoşuldu

16 yaşlı Davide Markizio son günlərdə Turin “Yuventus”unun əsas komandası ilə məşqlərə qoşulub.

Aut.az xəbər verir ki, bbarədə “TuttoSport” məlumat yayıb.

Davide “Yuventus”un əfsanəsi Klaudio Markizionun oğludur. O, ötən il Turin klubunun U16 komandasının tərkibində öz yaş qrupunda İtaliya çempionluğunu qazanıb. Davidenin tezliklə “Yuventus”la ilk peşəkar müqaviləsini imzalayacağı gözlənilir.

Atası kimi, kiçik Markizio da mərkəz yarımmüdafiəçisi kimi oynayır. “Yuventus” akademiyasının yetirməsi olan Klaudio Markizio 2005-ci ildən 2018-ci ilə qədər Turin klubunun əsas komandasında oynayıb, 2007/08 mövsümündə isə icarə əsasında “Empoli”də çıxış edib.

Aut.az