İspaniyaİtaliya

“İnter”in ulduzu “Real”a “hə” dedi

“İnter”in sağ cinah müdafiəçisi Denzel Dyumfris  karyerasını “Real Madrid”də davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib .

Məlumatda bildirilir ki, “kral klubu” 30 yaşlı niderlandlı futbolçunun 20 milyon avroluq sərbəst qalma maddəsini aktivləşdirir.

Oyunçu artıq müqaviləsinin şəxsi şərtlərini qəbul edib və Madridə transfer olunmağa razılıq verib. Razılaşma iyunun 2-də bağlanıb.

Futbolçunun “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir və “Transfermarkt” onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Aut.az