İspaniyaTürkiyə

Arda Gülər “Fənərbağça”nı varlandırdı

“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər ​​klubda 100-cü oyununu keçirib.

Bu, Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda baş verib. Həmin oyunda “kral klubu” “Benfika”nı 2-1 hesabı ilə məğlub edib.

Aut.az AS nəşrinə istinadla xəbər verir ki, Gülər ​​bu nailiyyətlə keçmiş klubu “Fənərbaxça”ya 2 milyon avro qazandırıb.

Türk oyunçu “Real Madrid”də daha 25 oyun keçirərsə, bu məbləğ 2 milyon avro da artacaq.

Gülər ​​2023-cü ilin yayında “Fənərbaxça”dan “Real Madrid”ə keçib. Bu mövsüm futbolçu klubun heyətində bütün yarışlarda 39 oyun keçirib, 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

Aut.az