İtaliya

“İnter” ulduz futbolçusunu satmağa hazırdır

“İnter” hücumçusu Markus Tyuram üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Aut.az xəbər verir ki, jurnalist Nikolo Skiranın məlumatına görə, Milan klubunun rəhbərliyi fransalı futbolçunun gələcəyi ilə bağlı planlarını dəyişib və o, artıq toxunulmaz oyunçu hesab edilmir.

Bildirilir ki, forvard artıq qarşıdakı yay transfer pəncərəsində satıla bilər. “Transfermarkt” portalının mütəxəssisləri Markus Tyuramın transfer dəyərini 60 milyon avro olaraq qiymətləndirirlər.

28 yaşlı futbolçunun “İnter”lə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Tyuram cari mövsümdə keçirdiyi 32 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az