Türkiyəİspaniya

“Fənərbağça” Levandovski ilə əlaqə saxlayıb? – Özü açıqladı

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasının “Fənərbağça”da davam etdirəcəyi ilə bağlı yayılan söz-söhbətlərə reaksiya verib.

Aut.az xəbər verir ki, polşalı futbolçu iddiaları təkzib edib:

“Fənərbağça” mənimlə əlaqə saxlamadı. Bu barədə heç nə bilmirəm”.

Qeyd edək ki, 2023/2024 mövsümündə polşalı hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 25 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az