İspaniya

Mourinyo darıxdırıcıdı, Zidan gəlsin – “Real”ın əfsanəsi

Realın sabiq futbolçusu Quti Zinəddin Zidanın yenə də “kral klubu”nu çalışdırmasını istəyir.

Aut.az xəbər verir ki, Quti Joze Mourinyo “Real”a qayıtmasınını tərəfdarı deyil.

“Real”ın baş məşqçisi Karlo Ançelottinin müqaviləsi mövsümün sonuna qədərdir. Onun Braziliya millisinə rəhbərlik edə biləcəyi bildirilir.

“Zidanı yenidən Real”da görmək istərdim. Mourinyonun dövründə matçlara baxmaqdan sıxılırdım, bu, reallıqdır. Bu məşqçi “Real”a uyğun deyil.

Zidan niyə üçüncü dəfə gəlməsin? Elə məşqçilər var ki, onlar mükəmməl olduqları üçün bu klubda uzun müddət işləməyi bacarırlar”, – Madrid klubunun keçmiş yarımmüdafiəçisi “El Chiringuito de Jugones”də deyib.

Aut.az