Dünya futbolu

Qadın futbolçu rəqibini dirsək zərbəsi ilə nokauta göndərdi – VİDEO

Mərakeş və Konqo Demokratik Respublikasının qadın milli komandaları arasında yoldaşlıq oyunu zamanı insident baş verib.

Aut.az xəbər verir ki, ikinci hissənin ortalarında Konqo DR millisinin hücumçusu Rut Kipoyi kobud şəkildə qaydaları pozaraq qırmızı vərəqə alıb.

Bundan sonra Mərakeş millisinin futbolçusu Yasmine Mrabet onu itələyib. Buna cavab olaraq Kipoyi onun sifətinə dirsəklə zərbə endirərək, rəqibini nokauta göndərib.

26 yaşlı Kipoyanı uzunmüddətli diskvalifikasiya gözləyir.

İyunun 3-də baş tutan görüş 3:2 hesabı ilə Mərakeş yığmasının qələbəsi ilə yekunlaşıb.