Dünya futbolu

 “Neftçi”nin sabiq baş məşqçisindən ruslara tövsiyə: başa düşün ki…

“Neftçi” və “Zenit”in keçmiş baş məşqçisi Vlastimil Petrjela Rusiya Futbol İttifaqının (RFU) UEFA-dan Asiya Futbol Konfransına (AFC) mümkün keçidi ilə bağlı fikirlərini bölüşüb.

“Asiyaya keçidin Rusiya millisinin beynəlxalq turnirlərə əlçatmazlıqla bağlı bütün problemlərini həll edəcəyinə inanmaq səhvdir. Asiya komandaları Avropa komandaları kimi Rusiya ilə oyunları boykot edəcək. Sadəcə onların sayı bir qədər az olacaq.

Yəqin ki, əksəriyyət Rusiya ilə matçların əleyhinə olmayacaq. Amma Yaponiya, Avstraliya və Cənubi Koreya çətin ki, Rusiya komandalarına qarşı oynamağa razı olsun. Bunu başa düşmək lazımdır”, – “RB Sport” Petrjeladan sitat gətirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra bütün Rusiya klubları və milli komandaları FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıb.

Aut.az