Suareslə Messi mate içirmiş, Neymar isə…
“Barselona”nın sabiq hücumçusu Luis Suares Lionel Messi və Neymarla Kataloniya klubunda birlikdə oynadıqları zaman münasibətlərindən danışıb.
Aut.az xəbər verir ki, Suares “Marca”ya açıqlamasında mütəmadi olaraq birgə vaxt keçirdiklərini bildirib:
“Meydandan kənarda mate içmək üçün bir araya gəlirdik. Neymar mate içmirdi, amma gəlirdi və biz dünyada olan hər şey haqda danışırdıq.
Neymar bizi ad gününə dəvət edirdi. O, bizim həyatımızın necə olduğunu bilirdi və biz onun həyatının necə olduğunu bilirdik. Hərdən onun nəyisə səhv etdiyini görsək, deyirdik: “Yox, bəsdir”.
Xatırladaq ki, Luis Suares 2014-2020-ci illərdə “Barselona”da çıxış edib. Klubun tərkibində 283 oyun keçirib, 195 qol vurub və 113 məhsuldar ötürmə edib.
Aut.az
