FİFA bu insidentlə bağlı araşdırmaya başladı
FİFA “Real Madrid”in futbolçusu Antonio Rüdigerlə insidentdən sonra “Paçuka”nın müdafiəçisi Qustavo Kabrala qarşı intizam işi başlayıb.
Aut.az xəbər verir ki, Klublararası dünya çempionatının qrup mərhələsinin “Real Madrid” – “Paçuka” matçının (3:1) baş hakimi Ramon Abatti protokolda irqi ayrı-seçkilik olduğu barədə qeydlər edib.
Rüdiger meksikalı futbolçunun onu irqi zəmində təhqir etdiyini iddia edib, baxmayaraq ki, argentinalı alman müdafiəçiyə irqçi bir söz demədiyini israr edib.
“Matç hesabatlarının təhlilindən sonra FİFA İntizam Komitəsi “Paçuka”nın futbolçusu Qustavo Kabralla bağlı araşdırmaya başlayıb”, – deyə “Reuters” agentliyi məlumat yayıb.
Aut.az
