Dünya futbolu

Suares Messini gombul adlandırdı – FOTO

Lionel Messinin Ekvador qapısına vurduğu heyrətamiz qol argentinalının karyerasında 65-ci cərimə zərbəsindən vurulan qol olmaqla yanaşı, həm də bir mühüm göstəricidə onu Luis Suaresə çatdırdı.

İndi hər iki futbolçunun Cənubi Amerikada keçirilən dünya çempionatının seçmə turnirlərində 29 qolu var. Hücumçular bu göstəricidə t birinci yeri bölüşürlər.

Suares hətta sosial şəbəkələrdə Messini təbrik edib.

“Təbrik edirəm, gombul! Mən sənə və nə etdiyinə heyranam. Mənə yetişməyin çox xoşdur”, – uruqvaylı yazıb.

Suares Messini gombul adlandırdı – FOTO