Almaniya

Yığmanın baş məşqçisi istefaya göndərildi

Almaniya Futbol Federasiyası (DFB) milli komandanın baş məşqçisi Hans-Diter Fliki istefaya göndərib.

Aut.az xəbər verir ki, yığmaya müvəqqəti olaraq Rud Föller başçılıq edəcək. O, artıq 2000-2004-cü illərdə Bundestimə rəhbərlik edib. Daimi namizədə gəlincə, favorit Yulian Naqelsmanndır.

Flik yoldaşlıq görüşlərində ardıcıl üç məğlubiyyətə görə bağışlanmadı. Dünən Bundesteam Yaponiyaya 1:4 hesabı ilə uduzub. Flikin qovulacağı ilə bağlı şayiələr yaponlarla oyundan əvvəl də yayılmışdı.