İspaniya

Müqaviləni uzadır, məvacibi də bu qədər olacaq

Xavi “Barselona” ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzadacaq.

“Marca”nın məlumatına görə, əvvəlcə məşqçinin 2026-cı ilin yayına qədər yeni müqavilə imzalayacağı güman edilsə də, onun müddəti bir il azaldılıb.

Xavinin maaşının iki dəfə artacağı qeyd edilir. Kataloniyalının vergilər nəzərə alınmadan ildə 3,8 milyon avro qazanacağı bildirilir.

Aut.az.