İspaniya

Yeni baş məşqçi “Barsa”nın futbolçularından nə tələb edir?

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandanın yeni baş məşqçisi Hans-Diter Flikin futbolçulardan tələblərini açıqlayıb.

“Flik oyunçuların yüksək fiziki səviyyədə olmasını istəyir ki, bu da onlara fasiləsiz üç və ya dörd matç oynamağa imkan versin.

Biz bu baxımdan daha yaxşı olmalıyıq. Bu, komandada çox vacib bir mövzudur və ən çox diqqət çəkən dəyişikliklərdən biridir. Biz istənilən rəqibi ötüb keçmək və görüşün istənilən anında rəqabətədavamlı olmaq üçün çox məşq edirik”, – Sport.es Ter Stegenin sözlərindən sitat gətirib.

Alman mütəxəssis bu yay Kataloniya klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Aut.az