İspaniya

Müxalif namizəddən iddia: O, Messini iki dəfə aldadıb

“Barselona”  prezidentliyinə namizədi Viktor Font hazırkı prezident Joan Laportanın Lionel Messini iki dəfə aldatdığını iddia edərək onu tənqid edib.

Aut.az xəbər verir ki, İspaniya mətbuatı Fontdan sitat gətirib:

“Laporta çox vəd verir, amma az şey edir. Messi Viktor Fontu və ya başqa birini dəstəkləməməlidir . O, klub üçün dəyərlidir və hazırkı prezident onu iki dəfə rədd edib və aldadıb..

Bizim bir planımız var ki, seçkilərdə qalib gəlsək, Messi yenidən “Barselona” ilə əlaqələndiriləcək”.

Font bildirib ki, əgər prezident olsa, Flik şübhəsiz ki, “Barselona”nın baş məşqçisi olacaq.

Aut.az