İspaniya

Solçular “Barsa”nın əfsanəsinin evini dağıtdılar – VİDEO

“Barselona”nın və İspaniya millisinin əfsanəvi müdafiəçisi Xerard Pikenin evi solçu gənclər təşkilatı “Arran” tərəfindən dağıdılıb.

Aut.az xəbər verir ki, fəallar binaya daxil olaraq divarları müxtəlif şüarlarla rəngləyiblər. Həmin vaxt Pike İtaliyanın Turin şəhərində olub.

Təşkilat bu cür hərəkətləri ilə Pireney adalarında turizm mədəniyyətinə və aristokratlara qarşı mübarizə aparmağa çalışır. Qrup nümayəndələrinin fikrincə, onların mübarizəsi insanları əzabdan xilas edəcək.

Pike bu hərəkətə sakit reaksiya verib, çünki bu vəziyyəti populyarlaşdırmaq istəmir.

“Mən Turində olmuşam, amma bununla bağlı böyük bir şey etmək istəmirəm, çünki onların istədiyi məhz budur. Biz onların etdiklərini düzəldəcəyik və bu qədər, daha hay-küy salmağa ehtiyac yoxdur.

Polisə şikayət edib-etməyəcəyimi bilmirəm, dünən bu barədə düşünməyə vaxtım yox idi”, – Pike deyib.

Aut.az