Almaniya

Naqelsmmannın Almaniya millisindəki gələcəyi necə olacaq?

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann müqavilənin uzadılması ilə bağlı yerli futbol ittifaqı ilə danışıqlar aparır.

Aut.az xəbər verir ki, mütəxəssisin hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Naqelsmann Almaniya millisində qalmağa etiraz etmir. Buna görə də tərəflər sözləşməni daha iki il müddətinə uzatmaq istəyir.

Xatırladaq ki, Yulian 2023-cü ilin sentyabrında komandaya rəhbərlik etməyə başlayıb. Milli komandanın başında mütəxəssis 19 oyun keçirib ki, bunun da 11-i Bundestimin qələbəsi ilə yekunlaşıb.

Aut.az