İngiltərəAlmaniya

Keyn İngiltərəyə qayıdır?

“Bavariya”nın hücumçusu Harri Keyn “Liverpul”un maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 31 yaşlı futbolçu İngiltərə klub tərəfindən ən yaxşı hücumçulardan biri kimi qəbul edilir. “Qırmızılar” Məhəmməd Salahın komandadan ayrılma ehtimalı fonunda komandanın qol sıxıntısı yaşamasından narahatdır. Buna görə Keynə böyük ümid bəsləyirlər.

“Bavariya” isə ingilis forvardı buraxmaq istəmir. Lakin futbolçunun özü təkliflərə açıqdır. O, İngiltərə Premyer Liqasınında çempion olmaq istəyir.

Aut.az