Qeyri-adi qırmızı vərəqədən yenə göstərdilər – FOTO
İngiltərə Kubokunun 1/32 finalında keçirilən “Brentford” – “Vulverhempton” qarşılaşmasında (1:1) maraqlı hadisə baş verib.
Aut.az xəbər verir ki, artıq 9-cu dəqiqədə matçın baş hakimi Toni Harrinqton “Vulverhempton”un futbolçusu Joao Qomesi meydandan kənarlaşdırıb.
Eyni zamanda hakim futbolçuya dairəvi qırmızı vərəqə göstərib.
Kartın qeyri-adi forması oyunçuların və hakimlərin rahatlığı üçün istifadə olunur.
Bu, ilk belə hal deyil – 2023-cü ilin yanvarında keçirilən İngiltərə Kubokunun “Rekshem – Şeffild Yunayted” matçında da hakim dairəvi qırmızı vərəqə göstərmişdi.

Aut.az
