Çempionlar Liqasıİngiltərə

Alonso onunla görün necə görüşdü: Köhnə tanışlar bir arada – VİDEO

Çempionlar Liqasının “Stemford Bridc” stadionunda keçirilən qarşılaşmasında “Çelsi” “Benfika”nı qəbul edib.

Aut.az xəbər verir ki, bu oyun Joze Mourinyo üçün xüsusi əhəmiyyət daşıyıb. Portuqaliyalı mütəxəssis bir vaxtlar London klubunda tarix yazdığı, saysız-hesabsız qələbələr qazandığı arenaya qayıdıb.

Matç ərəfəsində Mourinyo özünə yaxşı tanış olan zalda mətbuat konfransı keçirib və köhnə tanışları ilə görüşmək imkanı əldə edib. Ən təsirli məqamlardan biri “Çelsi”də artıq 48 ildir çalışan mətbuat katibi Tereza Konnelli ilə görüşü olub. Onların qucaqlaşaraq səmimi sözlər bölüşməsi “Stemford Bridc”ə qayıdan əfsanənin simvolik anı kimi yadda qalıb.

Qeyd edək ki, oyun “zadəganlar”ın minimal qələbəsi ilə başa çatıb (1:0). Matçdan sonra tribunalardan yüksələn alqış sədaları altında azarkeşlər “Xüsusi biri”ni paltardəyişmə otağına yola salıblar.

Aut.az