Görün 17 yaşlı Əmir İbrahimov “Yunayted”də kiminlə dostluq edir
“Mançester Yunayted”in 17 yaşlı Dağıstan əsilli yarımmüdafiəçisi Əmir İbrahimov “qırmızı şeytanlar”ın əsas heyətində ən çox sevdiyi oyunçunun adını çəkib.
Aut.az xəbər verir ki, gənc futbolçu portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandesi xüsusi olaraq qeyd edib.
“Ən çox sevdiyim “Mançester Yunayted” oyunçusu Brunodur. Bu, hazırda belədir. O, mənə çox yaxşı yanaşır. Mən onlarla (əsas komanda – red. ) məşq etməyə gələndə mənimlə danışır və dostlaşır. Buna görə də komandadakı digər oyunçularla çox yaxşı münasibətim var”, – Əmir “Nobel” YouTube kanalında deyib.
Bruno 2020-ci ilin yanvar ayından bəri “Yunayted”də oynayır.
Aut.az
