İngiltərə

“Liverpul” gürcüdən əl çəkmir: Təklif yeniləndi

“Liverpul” “Valensiya”nın və Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Aut.az xəbər verir ki, gürcü qapıçı 4 milyon avro xalis məvacib və uzunmüddətli əməkdaşlığa razılaşıb.

Mersisaydlıların “Valensiya” ilə anlaşmanı yekunlaşdıracağı təqdirdə bu mövsüm qapıçının “Bornmut”a icarəyə gedəcəyi planlaşdırılır.

“Relevo”nun məlumatına görə, “Bornmut” Mamardaşvilinin 5 milyon avro məbləğində icarə haqqını ödəməyə hazırdır, lakin “albalılar” yalnız məsələnin həllini tez tapacağı təqdirdə müqaviləyə hazırdır – klub artıq alternativ variantlar axtarır.

“Liverpul” əvvəlcə “Valensiya”ya 35 milyon avro təklif etmişdi ki, bunun da 5 milyonu bonus idi. “Valensiya” imtina etdikdən sonra ingilis klubu yeni təkliflə çıxış edib – 30 milyon avro + 10 milyon avro bonuslar. “Valensiya” hələ ki, buna cavab verməyib.

Aut.az