“Çelsi”nin ulduzuna Braziliya millisində oynamağı kim təklif edib?
“Çelsi” klubunun hücumçusu Joao Pedro komanda yoldaşı Koul Palmer barədə danışıb.
Aut.az xəbər verir ki, Onun sözlərini Rio Ferdinandın “YouTube” kanalı yayıb. Braziliyalı futbolçu komanda yoldaşını “sehrbaz” adlandırıb.
“O, çox ağıllıdır. O, sehrbazdır. Bir dəfə ona dedim: “Sənin bu qədər yaxşı olduğunu düşünmürdüm”. O isə mənə təəccüblə baxdı. Amma indi onunla birlikdə oynayanda görürəm ki, o, həqiqətən hamıdan fərqlənir”, – deyə Joao Pedro bildirib.
Hücumçu zarafatla ingilis futbolçuya Braziliya millisində oynamağı da təklif edib:
“Ona dedim: “Niyə Braziliya millisinə keçmürsən? “On nömrə” sən olarsan, dostum. Heç bir problem yoxdur”. Çünki Braziliyada belə futbolçu yoxdur.
Bizə baxsanız, 4-2-4 sxemi ilə oynayırıq. Bizdə klassik “on nömrə” yoxdur. Koul xüsusi futbolçudur. Bəzən meydanda görünmür, amma bir saniyənin içində oyunu tam dəyişir. Buna görə də o, həqiqətən çox güclü futbolçudur”
Xatırladaq ki, Palmer 2023-cü ildən İngiltərə millisində çıxış edir. O vaxtdan bəri o, milli komandanın heyətində 14 oyunda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Maraqlıdır ki, London klubunun ulduzu 2026-cı il dünya çempionatı üçün İngiltərə millisinin yekun heyətinə düşməyib.
Aut.az
