“Barsa” onunla razılaşdı: Bir həftə ərzində…
Frenkie de Yonq “Barselona” ilə müqaviləsini uzadacaq.
Aut.az “Diario Sport”a istinadən xəbər verir ki, yarımmüdafiəçi klubu ilə 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqaviləyə razılaşıb.
Qeyd olunur ki, bu yaxınlarda keçirilən görüş zamanı futbolçunun nümayəndələri “Barsa” rəhbərliyinə niderlandlının bu məsələni tez bir zamanda həll etmək istədiyini bildiriblər. Nəhayət, onlar tez bir zamanda razılığa gəliblər və sənədlərin mübadiləsi prosesi başlayıb.
Bütün rəsmiləşdirmələrin bir həftə ərzində tamamlanacağı gözlənilir.
De Yonq 2019-cu ildən “Barselona”da çıxış edir.
Aut.az
