Futbolçuları beysbol dəyənəkləri ilə döydülər
Böyük Britaniyada xoşagəlməz hadisə baş verib.
Aut.az xəbər verir ki, “Avenyu Hotspur” komandasının futbolçuları beysbol dəyənəkləri ilə döyülüb.
Hadisə Llanrumney şəhərində (Kardiff), 1-ci divizionda “Avenyu Hotspur” və “Llanrumney Athletic” (1:3) arasında keçirilən oyunda baş verib.
Oyundan sonra futbolçular paltardəyişmə otağından çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Komandanın qolkiperi Col Kollinz daha çox xəsarət alıb, ona dizin sınığı diaqnozu qoyulub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və hücumda iştirak edənləri tapmağa çalışır. Xuliqanlar maska taxıblar və maşınlara minərək sürətlə stadiondan uzaqlaşıblar.
Aut.az
