İngiltərə

PSJ Avropa çempionunu bu kluba göndərdi

PSJ klubunun yarımmüdafiəçisi Renato Sançes karyerasını Yunanıstanın “Panatinaikos”unda davam etdirəcək.

Aut.az xəbər verir ki, 28 yaşlı futbolçu Afina təmsilçisində 2025/26 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək.

Portuqaliya millisi ilə Avro-2016-nın qalibi olan Renato Sançes “Benfika”, “Bavariya”, “Suonsi”, “Lill” və “Roma” klublarının heyətində də oynayıb. “Transfermarkt” portalı portuqaliyalı oyunçunu 3 milyon avro dəyərində qiymətləndirir.

Aut.az