Almaniyaİngiltərə

“Yığmanı çalışdıracaq” xəbərinə rəsmi reaksiya

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun agenti Mark Kositske açıqlama verib.

Aut.az xəbər verir ki, o, mütəxəssisin Almaniya millisində çalışacağıyla bağlı yayılan şayiələrə münasibət bildirib. “Kloppun “Liverpul”la müqaviləsi var. Bu baxımdan, Almaniya millisində işləmək variantı real deyil”, – deyə Kositske bildirib.

Klopp 2015-ci ilin oktyabrından Mersisayd təmsilçisinin baş məşqçisidir. Tərəflər arasında mövcud əmək müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatır.

Qeyd edə ki, Hans-Diter Flik bir müddət əvvəl Almaniya millisinin baş məşqçi postundan qovulub.