Bu qələbədən sonra dili açıldı – VİDEO
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının İngiltərə Liqa Kubokunun 3-cü turunda ” Barnsli” üzərində inamlı qələbəsi (7:0) haqda fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Ten Haq bu haqda “Sky Sports”-a danışıb.
“Çətin başlanğıc idi, amma yaxşı formada idik. Bu heyət ilk dəfədir ki, bir yerdə oynayır və biz öz oyun tərzimizi tapdıqdan sonra gözəl qollar vurduq.
Düşünürəm ki, Markusun ilk qolu digərləri kimi həqiqətən də yaxşı idi. Yüksək sürətlə oynayırdıq və rəqib qapısı qarşısında amansız idik. Əsas düzgün münasibət və 100 faiz konsentrasiya idi.
Reşfordun qollar vuracağına əminəm. Ötən mövsüm hamı üçün çətin keçdi və biz onu kubokla başa vurduq. Bunu unutmamalıyıq, amma məqsədimizə nail olduq və bu mövsüm də buna çalışırıq, irəliləmək istəyirik”, – Ten Haq bildirib.
Aut.az
https://www.youtube.com/watch?v=uQVe910iAHI
