İngiltərə

Premyer Liqada belə biabırçılıqla üzləşən olmamışdı

İngiltərə Premyer Liqasının 31-ci turunda “Lester” doğma meydanda “Nyukasl”a 0:3 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, “tülkülər” ölkə çempionatları tarixində ardıcıl 8 ev matçında qol vurmadan məğlub olan ilk komanda olub. Bu barədə “Squawka” məlumat yayıb.

Ruud van Nistelroyun rəhbərliyi altında komanda Premyer Liqada 18 matçda cəmi 2 qələbə qazanıb və 1 heç-heçə edib.

Qeyd edək ki, turnir cədvəlində “Lester” 17 xalla 19-cu yerdədir.

Premyer Liqada belə biabırçılıqla üzləşən olmamışdı