Braziliyada bu fintə görə futbolçular cəzalanacaq: Neymar belə reaksiya verdi
Neymar Braziliya futbolunda yeni qaydadan narazılığını bildirib.
Aut.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) iki ayaqla topun üzərində dayanan futbolçuları cəzalandırmaq qərarına gəlib.
CBF milli liqadakı bütün klubları xəbərdar edib ki, bundan sonra futbolçular buna görə sarı vərəqə alacaq və rəqib komanda cərimə zərbəsi qazanacaq.
CBF-nin fikrincə, topla bu cür hərəkət nəinki “zədələnmə riskini artırır və oyunu pozur”, həm də “rəqibə qarşı təxribat və oyuna hörmətsizlik” hesab olunur.
Neymar sosial şəbəkədə “Futbol getdikcə daha darıxdırıcı olur” deyə reaksiya verib.
33 yaşlı hücumçu hazırda “Santos” da çıxış edir.
Aut.az
