Bu qapıçı uğrunda iki nəhəng mübarizə aparır
“Mançester Siti” “Porto”nun qapıçısı Dioqo Kosta uğrunda mübarizədə “Barselona” ilə yarışacaq.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “şəhərlilər” Kostanı ötən yay klubu tərk etməyə yaxın olan hazırkı qapıçı Edersonun əvəzləyicisi kimi görürlər. Portuqaliya klubu Kostanı 75 milyon avro dəyərində qiymətləndirir, lakin ingilis nəhənginin 40 milyon avro təklif etməyə hazır olduğu vurğulanır.
Daha əvvəl mətbuatda “Barselona”nın 25 yaşlı qolkiperi 32 yaşlı Mark-Andre ter Ştegenin uzunmüddətli əvəzləyicisi kimi gördüyü barədə məlumatlar yayılmışdı.
Bu mövsüm Kosta bütün turnirlərdə 11 matçda iştirak edib, onlardan beşində qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
Aut.az
