Bu klub BMT-yə müraciət etdi: Azarkeşlərinin ayrı millət kimi tanımasını istəyir
Braziliyanın “Flamenqo” futbol klubu azarkeşlərini ayrıca millət kimi tanımaq üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin bəyanatında deyilir.
“Doğrudur: qırmızı və qara millət dünyada ilk simvolik-mədəni millət kimi tanınmaq istəyir. Biz bir hisslə birləşən 45 milyondan çox insandan ibarət xalqıq. Bizim öz mədəniyyətimiz, öz ərazimiz, öz bayrağımız, öz dilimiz var”, – bəyanatında deyilir.
“Flamenqo” hazırda niyyətlərinin ciddiliyini sübut etmək üçün BMT-yə müraciət üçün imza toplayır.
“Flamenqo” 1895-ci ildə Rio-de-Janeyroda yaradılıb və Braziliyanın ən məşhur klubudur. O, yeddi dəfə ölkə çempionluğunu və üç dəfə Libertadores Kubokunu qazanıb.
Aut.az
