Azərbaycan futbolu

AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Aut.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

O, qadınlar arasında UEFA Avropa Kubokunun 1-ci təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək “Ayaks” (Niderland) – “Şturm” (Avstriya)  oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən “De Toekomst” stadionunda baş tutacaq.