Dünya futbolu

Üsyan etdi: VAR məni əsəbiləşdirir

“Real”ın və Belçika milli komandasının keçmiş hücumçusu Eden Azar VAR sisteminə dair fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, sabiq futbolç video təkrar sistemi onun tətbiqinə səbəb olan problemləri həll etmədiyini hesab edir. Əksinə VAR matçlarda çox vaxt aparır və oyunların emosional təsirini mənfi yöndə təsir edir.

“VAR-dan qurtulardım. Mən onu sevmirəm, o məni əsəbiləşdirir. Futboldan bu qədər emosiyanı alır… Yalnız nəticədə biz yenə də əvvəllər qarşılaşdığımız problemlərlə üzləşirik”.