İngiltərə

Komandanızın oyununu izləyə bilməmək zəhlətökəndir – Şahzadə nədən narazıdır?

Uels şahzadəsi həftə sonları Premyer Liqa oyunlarının gündüz göstərilməməsindən narazıdır.

Britaniya taxtının varisi və Futbol Assosiasiyasının (FA) rəhbəri “Aston Villa” azarkeşidir.

“Villa Park”a çatmaq mənim üçün asan deyil, amma mən mümkün qədər çox oyun izləməyi xoşlayıram – istər stadionda, istərsə də televizorda.

Çempionlar Liqasının hər oyununa baxmağa çalışdım, çünki komanda irəliləyirsə, fürsətdən maksimum istifadə etməlisən.

Evdə ən böyük problem bəzən televiziyada oyunun göstərilməməsidir. Şənbə günü saat 15:00-da bizdə yayımolmur və bu bezdiricidir.

– Qanunsuz yayımlardan istifadə edə bilərsiniz…

– Ha-ha, şərh yoxdur. Mən Villa TV üçün pul ödəyirəm, ona görə də hadisələrdən xəbərdaram.

Amma çox zəhlətökəndir ki, komandamızın Premyer Liqa oyununu bu ölkədə hələ də izləyə bilmirik, sən istədiyin vaxt xaricə gedib istənilən oyunu izləyə bilirsən”, – Şahzadə Uilyam deyib.

Qeyd edək ki, əksər oyunların keçirildiyi şənbə günü günortadan sonra matçların yayımının dayandırılması qaydası 1960-cı illərdə azarkeşləri aşağı liqa matçlarına getməyə təşviq etmək üçün tətbiq edilib.

Aut.az