Salah ona mesaj yazdı: Yenə görüşəcəyik
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold mövsümün sonunda doğma klubunu tərk edəcək.
Aut.az xəbər verir ki, İngiltərə millisinin üzvü 2025-ci il iyunun 30-da “qırmızılar”la müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madridin “Real” klubuna qoşulacaq. “Liverpul”un digər ulduzu Məhəmməd Salah bu xəbərin rəsmi təsdiqlənməsindən sonra komanda yoldaşına sosial şəbəkədə vida mesajı yazıb:
“Belə xüsusi bir dostluğu bölüşmək və səninlə yanaşı oynamaq böyük zövq idi. Sənə ən yaxşısını arzulayıram. Əminəm ki, yenə görüşəcəyik”, – deyə misirli futbolçu bildirib. Trent isə şərhlərdə ürək emojisi qoyaraq Salaha “qardaşım” deyə cavab verib.
Aleksander-Arnold “Liverpul” akademiyasının yetirməsidir və 2016-cı ildə əsas komandaya yüksəlib. Cari mövsümdə o, bütün turnirlərdə 42 oyuna çıxaraq 4 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
View this post on Instagram
