Elan etdi: Bu həftə 5-6 futbolçu gedəcək
“Tottenhem”in baş məşqçisi Anqe Postekoğlu 5 və ya 6 futbolçunun bu həftə klubu tərk edəcəyini bildirib.
Aut.az xəbər verir ki, “Sky Sports” məşqçinin sözlərindən sitat gətirib: “Bu həftə komandanı tərk edə biləcək beş-altı oyunçu var”.
Mənbənin məlumatına görə, bu siyahıya dörd müdafiəçi daxildir – Erik Dayer, Davinson Sançes, Yafet Tanqanqa və Serxio Reqilon və yarımmüdafiəçi Tanqu Ndombele.
