“Siti” büdrədi: Haaland qaçır
“Mançester Siti”nin 24 yaşlı ulduz hücumçusu Erlinq Haaland komandanı tərk edə bilər.
Aut.az xəbər verir ki, “Fichajes” portalının məlumatına görə, Erlinq çempionatı dəyişdirmək və özünü başqa liqada sınamaq istədiyini gizlətmir.
“Şəhərlilər” müqaviləni uzatmaq və onu Avropanın ən yüksək maaşlı oyunçusu etmək istəyirlər, lakin Erlinqin özü fərqli fikirdədir. Avropada onun maaşına və ambisiyalarına uyğun olan cəmi iki komanda var – “Real” və PSJ.
Premyer Liqanın 2024/25 mövsümündə norveçli artıq 13 qol vurub.
Aut.az
