İngiltərə

Premyer Liqa klubu baş məşqçini Səudiyyə Ərəbistanından gətirir

“Əş-Şəbab”ın portuqaliyalı baş məşqçisi Vitor Pereyra “Vulverhempton”un baş məşqçisi olacaq.

Aut.az xəbər verir ki, bu barədə insayder David Ornşteyn məlumat yayıb.

Mənbənin sözlərinə görə, məşqçi ilə ingilis klubu arasında razılaşma hazırdır. Yeganə məsələ onun İngiltərəyə köçməsi üçün ödənilməli olan məbləğdir.

Vitor Pereyra “Vulves”in baş məşqçisi postunda “İpsviç”ə məğlubiyyətdən sonra qovulan Qari O’Nili əvəz edəcək.

Aut.az