İlkay haqda elə sözlər dedi ki…
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusu və Almaniya milli komandasının kapitanı İlkay Gündoğan barədə danışıb.
Aut.az xəbər verir ki, Qvardiola türkəsilli yarımmüdafiəçinin üstün zəkaya sahib olduğunu bildirib:
“Oyunçu sürətli və ya əla vuruşa sahib ola bilər. Amma onu fərqləndirən və elit edən onun zəkasıdır. Təzyiq altında düzgün qərarlar qəbul etmək, komandanın hər an nəyə ehtiyacı olduğunu bilmək – mənim axtardığım oyunçu növüdür. Mən ağıllı oyunçuları sevirəm. Sadəcə bir dəfə İlkaya izahat verməli oldum. O, bunu başa düşdü və dərhal həyata keçirdi. Bu qeyri-adidir.
İlkay az danışırdı, amma danışanda mən də daxil olmaqla hamı qulaq asırdı. O, aydın və düzgün idi. O, məşqçilik etdiyim ən ağıllı oyunçulardan biridir. İlkay bizim uğurumuzun açarı idi”.
