PSJ dinc durmur: “Real”ın ulduzuna xəbər göndərdi ki…
PSJ “Real”dan Vinisius Junioru transfer etməyi planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Parislilər braziliyalının ətrafından Kilian Mbappenin Madrid klubuna ransferi ilə bağlı vəziyyətlə maraqlanıb və bildiriblər ki, futbolçunun klubdakı mövqeyi ilə bağlı şübhələri varsa, onun üçün hərəkətə keçməyə hazırdırlar.
Transferin potensial baş tutma tarixi 2025-ci ilin yayıdır. Fransa nəhəngi Vinisiusa futbol tarixinin ən böyük müqaviləsini təklif etməyə hazırdır.
Həmçinin qeyd edilir ki, PSJ Neymarın “Əl-Hilal”dan qayıtmasını potensial transfer kimi nəzərdən keçirir.
