Avropa Çempionatı

Oranqutan Avro-2024-üç açılış oyunu üçün proqnoz verdi

Dortmund zooparkında saxlanılan Valter adlı oranqutan hesab edir ki, Almaniya  2024-cü il Avropa çempionatının açılış matçında Şotlandiyanı məğlub edəcək.

Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xatırladaq ki, Almaniya millisi bu gün – iyunun 14-də Avropa çempionatının açılış oyununda Şotlandiya millisi ilə qarşılaşacaq. Münhendəki “Allianz Arena” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Hər iki komanda Macarıstan və İsveçrə milliləri ilə A qrupunda yer alıb. Almaniya millisi üç dəfə (1972, 1980 və 1996) Avropa çempionu olub.

Ümumilikdə almanlar altı dəfə turnirin həlledici matçına çıxıblar.

Aut.az