UEFA bu ölkəni müflis etdi: 3-cü dəfə cərimələdi
UEFA-nın Etika və İntizam Komissiyası Albaniya Futbol Federasiyasının (FSHF) Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun İspaniya ilə oyununda (0:1) milli komandanın azarkeşlərinin davranışına görə 86 500 avro məbləğində cərimələnməsinə qərar verib.
Aut.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb. Albaniya millisinin bəzi azarkeşlərinin oyun meydançasına əşyalar atması, qəbuledilməz mesajlar yayması, od yandırması FSHF-nin cərimələnməsinə səbəb olub. Bundan əlavə, azarkeşlərdən biri oyun zamanı meydançaya qaçıb.
Bu cərimə Albaniya millisi üçün Avro-2024-də üçüncü cəza olub. Bundan əvvəl UEFA qrup mərhələsinin 1-ci turunun İtaliya ilə oyununda azarkeşlərin davranışına görə FSHF-ni 37 375 avro, Xorvatiya ilə II tur matçının nəticələrinə görə isə 47 500 avro cərimələyib.
Aut.az
