İtaliya

Prezident Xviça və agenti ilə görüşdü: bildirdi ki…

“Napoli”nin prezidenti Aurelio De Laurentis Xviça Kvaratsxeliya və onun agenti ilə görüş keçirib.

Aut.az xəbər verir ki, prezident onlara məlumat verib ki, Neapolitan klubu 23 yaşlı futbolçunu bu yay satmaq niyyətində deyil. Bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, Neapolitan klubunun yeni baş məşqçisi Antonio Konte onu əsas oyunçu kimi gördüyü üçün “Napoli” Kvaratsxeliyanı buraxmaq istəmir. Avro-2024 başa çatdıqdan sonra “Napoli”nin Kvaratsxeliyaya yeni müqavilə təklifi edəcəyi vurğulanır.

Xatırladaq ki, ötən mövsüm cinah oyunçusu bütün turnirlərdə 48 matçda iştirak edib, 12 qol vurub, 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Daha əvvəl 23 yaşlı futbolçunun xidmətində PSJ-nin maraqlı olduğu haqda məlumat yayılmışdı.

Aut.az