İtaliya

“Milan” onunla bağlı qəti açıqlama verdi: Olmaz

“Milan”ın baş direktoru Corcio Furlani portuqaliyalı vinger Rafael Leaonun gələcəyi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, onun sözlərini jurnalist Fabritsio Romano sosial şəbəkədə sitat gətirib.

“Leao bu yay “Milan”ı tərk etməyəcək. Olmaz”, – Furlani qəti şəkildə bildirib.

Daha əvvəl Leaonun “Barselona”ya keçməkdə maraqlı olduğu bildirilirdi.

Rafael Leao ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 15 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

Aut.az