İtaliya

Gürcüyə tərif yağdırdı

“Napoli”nin baş məşqçisi Valter Matsari İtaliya A Seriyasının 20-ci turunda “Verona”ya qalib gəldikləri oyundan (2:1) sonra komandanın futbolçusu Xviça Kvaratsxeliyanı tərifləyib.

Aut.az xəbər verir ki, gürcü futbolçu oyunun son dəqiqələrində komandasınını qələbə qolunu vurub.

“Qələbədə əzablı olanda, sonda daha çox ləzzəti olur. Qarşılaşmada qalib gəldik və çoxlu qol imkanları yaratdıq. VAR Kvaratsxeliyaya görə penalti təyin etməli idi və o anda bir neçə top fərqi ilə öndə olardıq. Kvaratsxeliya çempiondur, onun səviyyəsi çox yüksəkdir”, – jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində (keçmiş Twitter) Matsaridən sitat gətirir.

Xatırladaq ki, gürcü futbolçu Xviça Kvaratsxeliya matçın 87-ci dəqiqəsində qolu vuraraq neapollulara qələbə qazandırıb. “Napoli” hazırda A Seriyasının turnir cədvəlində yeddinci yerdədir. Komanda 22 oyundan sonra 35 xal toplayıb.

Aut.az