Çempionlar Liqasıİtaliya

“Barsa” ilə oyunda “İnter” azarkeşinin ürəyi dayanıb

Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə matçın sonunda “İnter”in azarkeşi ürək tutması keçirib.

Aut.az xəbər verir ki, bu barədə “Il Fatto Quotidiano” məlumat yayıb.

Mənbənin sözlərinə görə, yaşı 40-dan yuxarı olan kişi stadionun çıxışına doğru gedərkən özünü pis hiss edib və yerə yıxılıb. Həkimlər ona ilkin tibbi yardım göstəriblər, bundan sonra ürək ritmi bərpa olunub.

Azarkeşin komaya salındığı qeyd edilir. Kişinin vəziyyəti stabilləşib və o, Milan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Aut.az