İtaliya klubundan Xames açıqlaması: Heç vaxt almarıq
“Latsio”nun idman direktoru Angelo Fabiani, romalıların bir müddət əvvəl “San-Paulu” ilə müqaviləsini ləğv edən kolumbiyalı yarımmüdafiəçi Xames Rodrigeslə maraqlanması ilə bağlı şayiələrə cavab verib .
Aut.az xəbər verir ki, o, bu məlumatı təkzib edib.
“Biz onu heç vaxt almayacağıq və səbəbini də izah edəcəyəm. Onun 33 yaşı var və son bir neçə ildə heç vaxt ildə 12-13 oyundan çox oynamayıb. Düzdür, son Amerika Kubokunda kifayət qədər yaxşı çıxış edib. Amma futbolçuya hörmətlə yanaşsaq, biz həm yaş baxımından, həm də son illərdəki dəqiqələrin sayına görə 360 dərəcə qiymətləndirmələr aparmalıyıq”, – Fabianinin sözlərini “Sky Sport Italia” sitat gətirib.
Kolumbiyalı futbolçu 2023-cü ilin iyulunda azad agent kimi Braziliyanın “San Paulo” klubuna keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” Rodrigesi 5 milyon avro dəyərində qiymətləndirir.
Bundan əvvəl Kolumbiya millisinin 33 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xames Rodriges 2024-cü il Amerika Kubokunun ən yaxşı oyunçusu mükafatını alıb. Turnirin altı oyununda futbolçu bir qol vurub və altı məhsuldar ötürmə edib.
Aut.az
